Tarix : 2013 Dec 19
Kod 41305

Məhkəmə qarşısında intihar hadisəsi

Bakı İnzibati-İqtisadi Məhkəmənin binası ilə üzbəüz ərazidə şam ağacından asılı vəziyyətdə olan kişi meyiti tapılıb

Arannews-Bakının Nəsimi rayonu ərazisindəki parkdan asılmış vəziyyətdə kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Vəzirov küçəsindəki parkda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin binası ilə üzbəüz ərazidə şam ağacından asılı vəziyyətdə olan kişi meyiti tapılıb. Hadisə yerinə gələn prokurorluq əməkdaşları özünü öldürən şəxsin Bakı sakini, 1950-ci il təvəllüdlü Məmmədov Ağahəsən Əli oğlu olduğunu müəyyənləşdirib .

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.


  • Yazılıb
  • da (də) 2013 Dec 19