Tarix : 2013 Dec 19
Kod 41307

Azərbaycanda oğul anasını qətlə yetirib

hadisə dekabrın 18-də qeydə alınıb

Arannews-Azərbaycanda oğul anasını xüsusi amansızlıqla qətlə yetirib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 18-də qeydə alınıb. Bakıxanov qəsəbəsinin sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub .

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


  • Yazılıb
  • da (də) 2013 Dec 19