Tarix : 2013 Dec 19
Kod 41311

Türkiyədə 2100 azərbaycanlı fahişə tutulub

F.T isə peşman olduğunu , yeni bu işə başladığını və Azərbaycana qayıtmaq istədiyini bildirir

İstanbul Baş Polis İdarəsinin Fateh şöbəsinin Əxlaqsızlıq və Qumarla Mübarizə Bölməsinin əməkdaşları Aksaray bölgəsində fahişəlik edənlərə qarşı apardığı əməliyyat zamanı 83 qadın saxlanalaraq polis idərəsinə gətirilib.

Əsasən xarici ölkə vətəndaşları olan qadınlar arasında moldovan, rus, gürcü, ukraynalı , türk və azərbaycanlılar da var. Gecə saat 3 -də Aksaraydakı kiçik otellər, yeraltı məkanlar və küçədən toplanan qadınlar 25-45 yaşlarındadır.

Qeyd edək ki, Aksaray İstanbulun Falteh bölgəsində xüsusilə, alış- veriş mərkəzərinin, xaricilərin alver etməyə gəldiyi və xaricilərin daha çox iş yerləri açdığı səmtdədir. Uzun illərdir ki, polis bu səmtdə fahişəlik edənlərə qarşı mübarizə aparır. Hətta İstanbullular bura gündüz Aksaray, gecə “Fuhuşsaray”deyirlər.

Gecə satlarında polisə gətirilən qadınların arasında 4 azərbaycanlı var. Polis qadınların adının gizli i saxlanması şərti ilə danışmaga icazə verdi.

Şərti adla adlandırdıgımız G.Z. bildirir ki, 3 ildir ki, İstanbulda qalır və yalnız gecələri işə çıxır. “Kim istəyər bu işi görüsün? Mənim atam, anam hacıdır. Nə olar şəkilimi verməyin. Onlar burda dükanda işlədiyimi sanır. Mən sadəcə Bakıda olan iki uşağıma görə bu vəziyyətdəyəm”- deyir saxlanılan azərbaycanlı.

Yenə şərti adla təqdim etdiyimiz M.A. isə daha sərtdir. O, hesab edir ki, azad insandır və istədiyini edə bilər: “Siz namus keşikçiksisiniz?. Necə və harda nə istəsəm edərəm. Mən öz bədənimi satıram, sizin yox ” deyərək söhbəti uzatmaq istəmir.

F.T isə peşman olduğunu , yeni bu işə başladığını və Azərbaycana qayıtmaq istədiyini bildirir. “Peşmanam, polislər məni buraxan kimi qayıdacam. İşsizlik və kasıblıq məni bu yola salıb. Azərbaycanın rayonlarından birindən gəlmişəm. Bura işləməyə gəlmişdim. Amma heç özüm də bilmirəm niyə bu işə baş qoşdum.”

Polis isə F.T-nin 2 ildi İstanbulda oldugunu bildirib. 4-cü qadın isə ümümiyyətlə, danışmaqdan imtina etdi. Gürcü və Ukraynalı qadınlarındarın hekayələri təxminən eynidir. İşsizlik, kasıblıq, ailə saxlamaq dərdi. Qadınlarla söhbət zamanı məlum olur ki, onlar müştərilərlə 50 və 100 türk lirəsinə (təxminən 22 və 52 manat) razılaşırlar.

Gündəlik qazanclarından qurup rəhbərlərinə də verirlər. Onların çoxu elə Aksaraydakı məkanlarda və kiçik otellərdə qalır.

Qadınlar gecə pasport və kimlik yoxlamasından keçdikdən sonra Dəri və Zöhrəvi qadın xəstlikləri Xəstəxanasına göndərildilər. Onlar həkim yoxlamasından keçdikdən sonra hansı yolarla Türkiyəyə gəldikləri araşdırılacaq. Bundan sonra vizasızlar və iş icazəsi olmayanlar, eləcə də xəstəlik daşıyıcıları bir daha Türkiyəyə geri dönməmək şərti ilə deportasiya ediləcəklər.

İstanbul Baş Polis İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, son 6 ayda Türkiyədə 923 nəfər fahişəliklə məşğul olan qadın deportasiya edilib. Onlardan 57 nəfəri Azərbaycan vətəndaşı olub. Ümumiyyələ, bu qadınlardan 188 nəfərinin səkkizi azərbaycanlı olmaqla saxta pasport gəzdirdiyi məlum olub. Maraqlı faktlardan biri isə, saxlanılan qadınlardan 350-nin İranlı olmasıdır.
Son 5 ildə 25 min İraqlı, 8 min 975 nəfər moldoviyalı, 6 min 768 nəfər gürcüstanlı, 6 min ukraynalı, 4 min 366 rus, 3 min 802 nəfər iranlı və 2100 nəfər azərbaycanlı qadın saxlanılaraq deportasiya edilib. Polis bu qadınların çoxunun qaçaq yollarla Türkiyəyə keçdiyini bildirir./Azvision



  • Yazılıb
  • da (də) 2013 Dec 19