Tarix : 2013 Dec 19
Kod 41312

Ərdoğan, yoxsa Gülən qalib gələcək?

Hazırda dünya ictimaiyyəti yaranan bu vəziyyətdə baş nazir Ərdoğanın yoxsa, Fətullah Gülənin qalib gələcəyini maraqla gözləyir

FaktXəbər-in "Economist" jurnalına istinadən verdiyi məlumata görə, Türkiyədə AKP hökumətində parçalanma baş nazir Rəcəb Tayyip Ərdoğanla nurçuların müasir lideri sayılan Fətullah Gülən arasında fikir ayrılığı ucbatından yaranıb. Tərəflərin bir-birinə güzəştə getməməsi, eyni zamanda hazırlıq kurslarının (dersaneler) bağlanması və sonda bir neçə nazir övladının həbsi Türkiyə hökumətində parçalanmanı açıq şəkildə ortaya qoyur.

Hazırda dünya ictimaiyyəti yaranan bu vəziyyətdə baş nazir Ərdoğanın yoxsa, Fətullah Gülənin qalib gələcəyini maraqla gözləyir. Biri baş nazir, digəri isə hökuməti idarə edən nurçu nazirlərin lideri olan bu iki şəxs Türkiyə reallığında həddən artıq gücə malikdir. Fətullah Gülən Amerikada yaşasa da, Türkiyə hakimiyyətinin idarə edilməsində birbaşa iştirak etməkdə maraqlıdır, lakin Rəcəb Tayyip Ərdoğan isə ölkəni müstəqil idarə etmək istəyinə görə birincinin basqıları ilə üzləşir.

  • Yazılıb
  • da (də) 2013 Dec 19