Tarix : 2013 Dec 21
Kod 41320

miqrantların ölkəyə daxil olmasını çətinləşdirən qanun!!!

əcnəbilər müvəqqəti yaşayış, ölkədə qalma, işə və ya patentə görə icazə almaq üçün 2015-ci il yanvarın 1-dən rus tarixi, rus dili və qanunvericilikdən məcburən imtahan verəcəklər

Arannews-Rusiyanın Dövlət Duması miqrantların ölkəyə daxil olmasını çətinləşdirən qanun layihəsini III oxunuşdan sonra qəbul edib .

RİA Novosti-n xəbər verir ki, əcnəbilər müvəqqəti yaşayış, ölkədə qalma, işə və ya patentə görə icazə almaq üçün 2015-ci il yanvarın 1-dən rus tarixi, rus dili və qanunvericilikdən məcburən imtahan verəcəklər .

İmtahan verən miqrantlara sertifikat veriləcək. bundan əlavə sertifikat almaq istəməyənlər Rusiyanın müvafiq qurumlarına 1991-ci il sentyabrın 1-dək SSRİ-də təhsil alması atestat və diplomlarını təqdim edə bilər .

Qeyd edək ki, müvafiq sənədlər 5 il ərzində keçərli olacaq .

Rusiya bununla əmək bazarında ixtisaslı əcnəbiləri görməyə ümid edir.


  • Yazılıb
  • da (də) 2013 Dec 21