Tarix : 2013 Dec 21
Kod 41327

İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına təkid edildi

iki ölkə arasında ticarət əlaqələrinin genişlənəcəyi təqdirdə iranlı şirkətlərin Azərbaycandakı fəaliyyətinin daha da artacağı gözlənilir

Arannews-Tehranın Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Bakıya olan səfərinin sonunda deyib: İranlı və Azərbaycanlı iş adamlarının müştərək iclası çərçivəsində bəzi sahələrdə əməkdaşlıqların edilməsi barəsində anlaşma əldə olunub və iki ölkə şirkətləri tərəfindən birgə şəkildə ərzaq məhsulları istehsalı xəttinin istifadəyə verilməsi barədə sənəd imzalanıb .

Yəhya Ali-İshaq daha sonra iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün qida sənayesi, tikinti sektoru və digər sahələrlə bağlı geniş potensialların olduğunu vurğulayıb .

İranın Bakıdakı səfiri Möhsün Pakayin də jurnalistlər qarşısında deyib: Azərbaycanda 600 iranlı şirkət qeydiyyatdan keçib ki, hazırda onların yalnız 300-ü öz fəaliyyətini davam etdirir .

Səfirin dediyinə görə, iki ölkə arasında ticarət əlaqələrinin genişlənəcəyi təqdirdə iranlı şirkətlərin Azərbaycandakı fəaliyyətinin daha da artacağı gözlənilir .

Möhsün Pakayin İran və Azərbaycan arasındakı ticarət əlaqələrinin həcminə işarə edərək, deyib: İran və Azərbaycan arasındakı illik ticarət dövriyyəsi 2012-ci ildə 532 milyon dollar olub ki, 2014-cü ildə bu rəqəmin bir milyard dollara artacağı təxmin edilir .

İranın Bakıdakı səfiri həmçinin, Simsar jurnalı ilə müsahibədə deyib: İranlı alimlər və həkimlərin yüksək elmi potensiallarını nəzərə alaraq, tibb sahəsində də əməkdaşlıqların genişləndirilməsi imkanı mövcuddur. Necə ki, hələ qədim zamanlardan iki ölkə arasında bu sahədə əməkdaşlıqlar mövcud olub .

İran səfirinin dediyinə görə bu sahədə əməkdaşlıqların genişləndirilməsi üçün mövcud maneələr və məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac duyulur .

Möhsün Pakayin ümidvarlıq edib ki, Bakıda fəaliyyət göstərən İran klinikaları və səhiyyə mərkəzlərinin fəaliyyəti qarşısında yaradılan məhdudiyyətlərin aradan qaldırılması ilə bu sahədə əməkdaşlıqlar daha da inkişaf etsin .

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri əlavə edib: Hazırda müalicə üçün İrana səfər edən Azərbaycan vətəndaşları üçün əlavə asanlaşdırıcı tədbirlər nəzərdə tutulub və Təbriz və Ərdəbil şəhərlərində Azərbaycan vətəndaşları üçün xüsusi xəstəxanalar fəaliyyət göstərməkdədir.


  • Yazılıb
  • da (də) 2013 Dec 21