Tarix : 2013 Dec 21
Kod 41330

Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanacaq!!!

2014-cü ilin yanvarında Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanacaq

Arannews-Novosti-Armeniya  agentliyinin verdiyi məlumata görə, Ermənistanın Vardenis rayonundan ermənilərin Martakert adlandırdığı Ağdərəyə qədər çəkiləcək yolun uzunluğu 116 km olacaq .

Yolun tikintisi “Hayastan” Fondunun Los Ancelesdə keçirdiyi ənənəvi telemarafon zamanı toplanmış vəsait hesabına aparılacaq. Telemarafon zamanı 22 milyon 661 min 372 dollar toplanıb. Fond vəsait toplamağa davam edir .

Qeyd edək ki, “Hayastan” Ümumerməni Fondu 1992-ci ildə təsis olunub. 20 illik fəaliyyəti dövründə Ermənistanda və Dağlıq Qarabağda 235,8 milyon dollar həcmində layihələr həyata keçirilib.


  • Yazılıb
  • da (də) 2013 Dec 21