Tarix : 2013 Dec 21
Kod 41338

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi İran xarici işlər nazirilə telefon söhbəti edib

Əxzər İbrahimi Suriya barəsində Cenevrə-2 konfransının keçirilməsi ilə əlaqədar son proseslər barəsində Zərifə məlumat verib
İRİB-in məlumatına görə, Zərif də bu telefon söhbətində suriyalı-suriyalı danışıqlara təmərküzləşmək və siyasi həll yoluna diqqətin yetirilməsinin vacibliyini vurğulayıb.
İran İslam Respublikası həmişə elan edib ki, Cenevrə-2 konfransına dəvət olunduğu halda heç bir ilkin şərt olmadan Suriya üçün siyasi həll yolunun tapılması istiqamətində bu konfransda iştirak etməyə hazırdır.
Suriya böhranının həlli ilə əlaqədar Cenevrə-2 konfransı 2014-cü il 22 yanvarda 30 ölkənin iştirakı ilə İsveçrədə keçirilməlidir.
Səhər TV
  • Yazılıb
  • da (də) 2013 Dec 21