Tarix : 2013 Dec 21
Kod 41339

Mövsüm Səmədovun işi artıq Avropa Məhkəməsi tərəfindən götürülüb və bununla bağlı nömrə açılıb

Anar Qasımlı: “Əli İnsanovla AİP lideri Mövsüm Səmədovun işlərini eyniləşdirmək doğru deyil”
Bu barədə FaktXeber.com-a AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə prosesinin tez və ya gec olması ilə bağlı indidən nəyisə demək bir qədər çətindir: “Biz Əli İnsanovla bağlı keçirilən məhkəmə zamanı müşahidə etdik ki, Avropa Məhkəməsi heç də xoşa gələn mövqe sərgiləmədi. Faktiki olaraq sabiq nazirin işi ilə bağlı Avropa Məhkəməsi çox ləng davranır. Bu isə müəyyən suallar doğurur və görünür ki, kürü diplomatiyası kimi məsələlər gedib ora da çata bilir. Hər bir halda gözləsək yaxşı olar. Deyilən amillər əsasən Əli İnsanovla AİP lideri Mövsüm Səmədovun işlərini eyniləşdirmək doğru deyil. Ona görə ki, maddələr başqadır. Digər tərəfdən istənilən nazirin keçmiş fəaliyyətini təftiş etsək rüşvət və korrupsiya sahəsində ciddi nöqsanlar aşkarlamaq mümkündür. Lakin Mövsüm Səmədovun həbsi yalnız vicdan, fikir və ifadə azadlığı, hakimiyyətin mövqeyini tənqid etməklə bağlı bir məsələdir.
FaktXeber

  • Yazılıb
  • da (də) 2013 Dec 21