Mirməhəmməd Seyidovun Türkiyədə həbsi Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub
Arannews-Hakimiyyət gömrük rəisinin həbsindən təşvişə düşüb.
İqtidarda düşünürlər ki, məsələ təkcə Seyidovun tutulması ilə yekunlaşmaya bilər
Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbsi Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Mirməhəmməd Seyidov dekabrın 17-də həbs edilib. Onun Türkiyədə başlanan irimiqyaslı antikorrupsiya əməliyyatları çərçivəsində tutuqlandığı bildirilir .
Azərbaycan iqtidarı Türkiyədəki həbslərin Rəcəb Tayyip Ərdoğanın iradəsindən kənar olduğunu bilir. Hakimiyyətin sükutu da bundan irəli gəlir. Iqtidar hesab edir ki, Türkiyə hökumətindən hər hansı izahat istəmək, baş verən olaya etiraz etmək hadisələri daha da dərinləşdirə və məsələ təkcə Mirməhəmməd Seyidovun həbsilə yekunlaşmaya bilər .
Bu arada məlumat yayılıb ki, artıq Mirməhəmməd Seyidov barəsində həbs-qətimkan tədbiri seçilib. Virtualaz.orgun xəbərinə görə, Qars aeroportunda tutulandan sonra Iqdır polis idarəsində saxlanılan Mirməhəmməd Seyidov dekabrın 18-də gecə yarısına qədər dindirilib. Dindirmədən sonra Mirməhəmməd Seyidov və onunla eyni vaxtda həbs edilən türkiyəli gömrük məmurları barələrində həbs qəti-imkan tədbirinin seçilməsi üçün növbətçi məhkəməyə çıxarılıblar .
Məhkəmə Sədərək gömrüyünün rəisinin və daha bir neçə şəxsin barəsində istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan qərarı çıxarıb və şübhəlilər həbsxanaya göndərilib .
Lakin Türkiyədən daxil olan məlumatlarda Mirməhəmməd Seyidovun hələ şübhəli şəxs qismində saxlanıldığı bildirilib. “Saxlanılanlardan heç biri, o cümlədən Mirməhəmməd Seyidovla bağlı hər hansı məhkəmə olmayıb. Məhkəmə olmadan onun barəsində necə həbs-qətimkan tədbiri seçilə bilər?
O, hələlik şübhəli şəxs qismində saxlanılır. Lakin onun Türkiyədəki antikorrupsiya əməliyyatları çərçivsində həbs olunduğu qətiləşir. Bu isə o deməkdir ki, o, heç bir halda məsuliyyətdən kənarda qala bilməyəcək. Çünki bu adi məsələ deyil”, - deyə Türkiyədəki mənbə bildirib.