Ermənistan siyasətçilərinin bu sərsəm bəyanatlarına rəsmi Moskva ciddi qəbul etmir
Arannews-Azərbaycan öz ərazi bütövlüyünü üçün müharibəyə başlasa, Rusiya müharibəyə qoşulmayacaq.
Azərbaycan Rusiyadan keçməyən xətlərdən gələn maliyyə hesabına kifayət qədər güclü və müstəqil siyasət yürüdür" Bunu rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik Mərkəzinin direktoru Andrey Kazantsev TTV-yə eksklüziv müsahibəsində bəyan edib . Politoloqun sözlərinə görə Azərbaycan hər il Rusiyadan silah alır. Silah satışına dair imzalanan müqavilələrin məbləği hətta milyard dolları ötür. Bu silahlar heç şübhəsiz ki, Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə yönəldilir və ilk növbədə işğala məruz qalan torpaqların azad edilməsi üçün toplanır. Ancaq bununla belə Ermənistanda belə fikirlər səsləndirilir ki, Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiya Ermənistanın tərəfində olacaq. Hətta rusların ermənilərin əvəzinə vuruşacağı kimi bəyanatlar verənlər də var. Rusiyalı politoloq bəyan edir ki, rusların Qarabağda vuruşacağını deyənlər çox yanılırlar .
“Ermənistanda son zamanlar səsləndirilən bir fikrə münasibət bildirmək istəyirəm. Onlar deyirlər ki, əgər Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlasa Rusiya müharibəyə qoşulacaq. Demək istəyirəm ki, biz o ədqər axmaq deyilik ki, özümüzü öldürtdürmək üçün öz silahlarımızı sataq” –deyə Andrey Kazantsev bildirib .
Rusiyalı politoloq hesab edir ki, Ermənistan siyasətçilərinin bu sərsəm bəyanatlarına rəsmi Moskva ciddi qəbul etmir. Çünki heç bir rus ailəsi özgəsinin torpaqları üçün oğlunu qurban verməyə razı ola bilməz. Rusiyanın forpostu olsa da Ermənistanla münasibətlərdə rəsmi Moskva öz maraqlarını müdafiə edir. Bu maraqlar silah satışını özündə ehtiva etməklə daha çox həm geosiyasi, həm də iqtisadi maraqlardan irəli gəlir. Rusiyanın Azərbaycanla çox tərəfli əlaqələri mövcuddur. Bu münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin yüksəldilməsi üçün də geniş imkanlar mövcuddur.