Tarix : 2013 Dec 22
Kod 41351

Bakıda həbs də olan günahsız İran vətəndaşı AR ali məhkəməsinə şikayət edib

Feyzinin vəkili apelyasiya məhkəməsinin müvəkkilinin vəsatətini təmin etməməsinə görə Ali məhkəməyə şikayət etdiyini bildirib

Arannews-Bakıda həbs olunmuş günahsız İran vətəndaşı Bəhram Feyzi Azərbaycan Respublikasının apelyasiya məhkəməsinin ədalətsiz və siyasi hökmünə qarşı AR-nin ali məhkəməsinə şikayət edib .

Feyzinin vəkili apelyasiya məhkəməsinin müvəkkilinin vəsatətini təmin etməməsinə görə Ali məhkəməyə şikayət etdiyini bildirib .

Bakıda sionist rejimin səfirliyinə hücuma cəhd göstərdiyi iddia edilərək əsassız yerə həbs edilmiş İran vətəndaşı Bəhram Feyzi ona qarşı 15 il həbs cəzasının və işgəncələrin verilməsinə etiraz əlaməti olaraq aclıq elan edib .

İranın Azərbaycan respublikasındakı səfiri Möhsün Pakain iki həftə öncə APA-ya verdiyi açıqlamada demişdi ki, səfirlik rəsmi Bakı tərəfindən İranlı məhbusla görüşə icazə verilməsini gözləyir.


  • Yazılıb
  • da (də) 2013 Dec 22