Tarix : 2013 Dec 24
Kod 41361

Azərbaycana qarşı sanksiyalara çağırış

Zəruri sanksiyalar

Arannews-Vətəndaş cəmiyyətinin nümayəndələri Anar Məmmədlinin azad olunmasına dair müraciətdə insan haqları sahəsində “öhdəliklər yerinə yetirilməzsə” Azərbaycana qarşı sanksiyalara səsləyiblər .

İnsan haqları ilə bağlı Azərbaycana qarşı sanksiyalara çağırış

Prezidentliyə sabiq namizəd Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Vətəndaş Hərəkatının Məclis sədri Erkin Qədirli, RATİ insitutunun rəhbəri Emin Hüseynov və vəkil İlyas İsmayılovla yanaşı 127-dən artıq siyasətçi, jurnalist və ictimai xadimin imzaladığı birgə bəyanatda deyilir ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə hazırlaşan Bakı insan haqlarına hörmət nümayiş etdirməlidir .

Avropa İttifaqının xarici və genişlənmə siyasəti üzrə baş rəsmiləri Anar Məmmədlinin həbs olunmasının “dərin narahatlıq” doğurduğunu deyiblər .

Cümə günü Catherine Ashton və Stefan Füle adından yayımlanan bəyanatda Anar Məmmədlinin işinin “sürətli, ədalətli, şəffaf və müstəqil” araşdırılmasına çağırış əks olunub .

Bəyanatda deyilir ki, Avropa ittifaqı cənab Məmmədli ilə yanaşı vətəndaş cəmiyyəti üzvləri və təşkilatlarına dair leqal işləri yaxından monitorinq edəcək .

 Zəruri sanksiyalar

Biz Avropa Şurasının bütün maraqlı tərəflərini Azərbaycan hakimiyyətinə çağırış etməyə və insan haqları sahəsində öhdəliklər yerinə yetirilməzsə zəruri sanksiyalar tətbiq etməyə çağırırıq”, cümə günü qəbul edilmiş bəyanatda deyilir .


  • Yazılıb
  • da (də) 2013 Dec 24