Bu gün Rusiya paytaxtı Moskva şəhərində baş tutacaq Avrasiya Ali İqtisadi Şurasında Ermənistanın “yol xəritəsi” təsdiq edilməlidir
Arannews-Bu gün Moskvada Ermənistanın “yol xəritəsi” təsdiq ediləcək.
Rusiya paytaxtı Moskva şəhərində baş tutacaq Avrasiya Ali İqtisadi Şurasında Ermənistanın “yol xəritəsi” təsdiq edilməlidir .
Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib .
Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Belarusun ölkə başçıları Ermənistanla Qırğızıstanın Gömrük İttifaqına və Avrasiya İqtisadi məkana daxil olmaq üçün “yol xəritəsi”ni müzakirə edəcək .
“Qırğızıstandan fərqli olaraq Ermənistanın “yol xəritəsi” artıq təsdiq edilmək əfərəfəsindədir, ancaq Qırğızıstanla bağlı bəzi məsələlərin həll edilməsi zaman tələb edir”, - deyə Uşakov bildirib .
Xatırladaq ki, bu gün Moskvada keçiriləcək Avrasiya Ali İqtisadu Şurasında Rusiya prezidenti Vladimir Putinin, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Belarus prezidenti Aleksandr Lukaşenkonun, Ermənistan prezidenti Serj Sarkisyanın və Qırğızıstan prezidenti Almazbek Atanbayevin iştirakı gözlənilir. Sammitdə Ukraynanı baş nazir Nikolay Azarov təmsil edəcək.