Tarix : 2013 Dec 24
Kod 41368

İslamçılar Elşad Miriyə cavab verdilər - MÜNASİBƏT

Elçin Manafov: “Məlum olduğu kimi, dekabrın 31-i (səfər ayının 28-i) İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı, imam Həsənin (ə) şəhadəti günüdür

Son günlərin ən qızğın müzakirə olunan məsələlərindən biri də, dekabrın 31-nin hicri təqvimlə Məhəmməd (s) peyğəmbərin vəfatı və İmam Həsənin(ə) şəhadət gününə təsadüf etməsidir. Bir çox dindarlar, o cümlədən də AİP bu günün bayram keçirilməməsi ilə bağlı konfrans keçirmişdir.

Bununla bağlı Azərbaycan İslam Partiyasının(AİP) sədr əvəzi Elçin Manafova və Birlik təşkilatının sədri Vüsal Hətəmova müraciət etdik. Müsahiblərimiz isə XeberLent.az informasiya agentliyi vasitəsi ilə bunları açıqladılar:

Elçin Manafov: “Məlum olduğu kimi, dekabrın 31-i (səfər ayının 28-i) İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı, imam Həsənin (ə) şəhadəti günüdür. Eyni gündə “yolka, şaxta baba” kimi qondarma bayramların keçirilməsi 97 faizi müsəlman olan bir xalq üçün utandırıcı bir hadisə olardı. Bu üzdən, mən,  onu qeyd etmək istərdim ki, İslam müqəddəslərinə böyük hörmətlə, məhəbbətlə yanaşılsın və dini təəssübkeşliyi tariximizə, ənənələrimizə, milli-mental xüsusiyyətlərimizə uyğun gəlməyən, bu saxta bayramlara qurban verməməyi tövsiyə edirəm.”

Vüsal Hətəmov: “ Bilirsiniz, Əhli-Beyt (ə), hədislərdə də gəldiyi kimi, nicat gəmisi və hidayət karvanıdır. Bu karvana bir çox maneələr törətmək istəstələr də, atalar sözlərində olduğu kimi, karvan heç nəyə baxmadan öz yoluna davam edib.

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 24