Tarix : 2013 Dec 24
Kod 41371

!!!Bakida yazıçı xanımın meyiti tapıldı

yazıçınin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib

Arannews-Azərbaycanda yazıçı xanımın meyiti tapıldı.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb .

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub .

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir .

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açıblar .

Mənzilə baxış keçirilərkən Əzizova Nəzakət Məhərrəm qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Əzizovanın vəfat etdiyi müəyyən olunub .

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:40-da başa çatıb .

Nəzakət Əzizova Yazıçılar Birliyinin üzvü olub. Bir neçə kitab müəllifidir.

  • Yazılıb
  • da (də) 2013 Dec 24