Tarix : 2013 Dec 25
Kod 41388

Əliyev rejimi İrana qarşı apardığı çirkin kampaniyanı dayandırmayıb davam edir

əliyev rejiminin təşkil etdiyi tədbirlərdə iştirak edən alimlər isə göz görə görə iddia edirlər ki, Urmu gölündə problemi yaradan təbiət deyil, İran hakimiyyətidir

Arannews-əliyev rejimi İran İslam Respublikasına qarşı da çoxdan apardığı çirkin kampaniyanı dayandırmayıb davam edir .

Bu kampaniya da bir çox istiqamətlərdə aparılır ki, onlardan da biri Urmu gölü ilə bağlı təşkil olunan tədbirlərdir. Belə tədbirlər bəzən birbaşa hakimiyyət tərəfindən təşkil olunur, bir çox hallarda da əliyev rejiminin faktiki himayəsində olan siyasi təşkilatlar və ictimai birliklər tərəfindən təşkil olunur .

Bu cür tədbirlərə xarici təşkilatların da nümayəndələrinin qatılması hallar çoxalır. Urmu gölü ilə bağlı yaranan problemin təbiət problemi olmasını anlamaq üçün heç alim də olmaq lazım deyil, ancaq əliyev rejiminin təşkil etdiyi tədbirlərdə iştirak edən alimlər isə göz görə görə iddia edirlər ki, Urmu gölündə problemi yaradan təbiət deyil, İran hakimiyyətidir .

Son tədirdə də aparılan müzakirələr o qədər əndazədən çıxıb ki, Urmu gölünün məsələsi qalıb bir qıraqda müzakirələrdə İran hakimiyyətini olmayan şeylərdə ittiham edib təhqirlər yağdırırdılar .

Jurnalistlər zorla bir şey tapıb Urmuya aid nəsə yaza bildilər ki, tədbirin mahiyyəti itməsin.


  • Yazılıb
  • da (də) 2013 Dec 25