Arannews-İlham Əliyev yeni bahalaşmanın anonsunu verdi.
Benzin bahalaşdıqdan sonra belə məlumatlar yayılmışdı ki, bu, qiymət sıçrayışının birinci mərhələsidir. Yeni ildə əhali bahalaşmanın növbəti dalğası ilə üzləşə bilər .
Bu məlumatlar əsassız deyil. Artıq ölkə başçısı Ilham Əliyev səviyyəsində bahalaşmanın növbəti dalğasının anonsu verilib .
Ölkə başçısı dekabrın 23-də Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən qiymət artımına işarə vurub. O, qaz, su və yanacağın qiymətlərinə münasibət bildirərkən, dünyada ən aşağı tariflərin Azərbaycanda olduğunu vurğulayıb .
“Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də ”.
Ekspertlər Ilham Əliyevin bu fikirlərini qaz, su və elektrik enerjisinin tariflərinin artırılmasına mesaj kimi qiymətləndirirlər. Ona görə də yeni ildə yeni bahalaşmanın olacağı gözləniləndir./azadxeber