Tarix : 2013 Dec 25
Kod 41402

daxili işlər naziri istefa verdi

daha bir nazir istefa verdi

Arannews.com-un “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər istefa verdiyini açıqlayıb .

O açıqlamasında qeyd edib ki, “17 dekabr tarixində cənab Baş nazirə istefa edəcəyimi bildirmişdim. Bu gün istefamı yazılı şəkildə Ərdoğana təqdim etdim ”.

Qeyd edək ki, 17 dekabr tarixində daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər qalmaqala səbəb rüşvət əməliyyatı zamanı həbs olunmuşdu.


  • Yazılıb
  • da (də) 2013 Dec 25