Tarix : 2013 Dec 26
Kod 41412

hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum olub

Türkiyənin bir çox şəhərlərində etiraz nümayişləri keçirilir

Arannews-Ərdoğanın partiyasının qərargahına hücum olub.

Dekabrın 25-də üç nazirin istefasından sonra Türkiyənin bir çox şəhərlərində etiraz nümayişləri keçirilir. Türkiyə mətbuatının verdiyi xəbərə görə, hazırda İstanbul, Ankara, İzmir, Eskişehir, Kocaeli, Muğla və Mersin şəhərlərində etiraz aksiyaları davam edir .

İstanbulun Kadıköy səmtində toplaşan qrup «hökumət istefa versin» deyə tələblər qoyduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kadıköy rayon təşkilatının binasına hücum edib. Çevik polis alayı su şırnağı ilə 100-dən çox adamın yer aldığı dəstəni dağıtmağı bacarıb.


  • Yazılıb
  • da (də) 2013 Dec 26