Arannews-ortodoks yəhudilər İsrailin BMT-dəki nümayəndiliyi qarşısında etiraz aksiyası keçiriblər .
Onlar İsrail rejiminin başda Fələstin olmaqla, Yaxın Şərqdə izlədiyi siyasətə və hərbi xidmət barədə qanun layihəsinə etiraz ediblər .
"Əsgərə getmək istəmirik" şüarları səsləndirən etirazçılar, gənclərdən əsgər getmək istəməyənlərin həbs edilməsini qınayıblar .
"Biz sionist İsrail hökumətinin bir parçası deyilik. İnancımız hər gün yeni qanun qoymağa icazə vermir" deyən etirazçı Rabbi Moishe, ortodoks yəhudilərinin İsrail adlı "dövlət"ə qarşı olduqlarını bildirib.