Tarix : 2013 Dec 26
Kod 41416

sionist rejimi Azərbaycan Respublikası dövlətini işğalçı rejim nəzdində səfirlik açmağa çağırıb

Rafael Harpaz:Bu Azərbaycanın öz qərarıdır və biz bu qərarı müsbət qarşılayarıq

Arannews-qəsbkar sionist rejimin Bakıdakı səfiri Rafael Harpaz Azərbaycan Respublikası dövlətini işğalçı rejim nəzdində səfirlik açmağa çağırıb .

Harpaz deyib: "Bu Azərbaycanın öz qərarıdır və biz bu qərarı müsbət qarşılayarıq. Bununla əlaqədar İsrail prezidenti Şimon Presin açıqlamasını yada salmaq istəyirəm: 22 ildən sonra Azərbaycan respublikasının İsraildə səfirlik açmasının vaxtı gəlib çatıb ".

Harpaz rəsmi Bakının 2013-cü ildə sionist rejim ilə əlaqələrin genişləndirilməsi istiqamətindəki təşəbbüslərindən razı qaldığını bildirərək deyib: " Azərbaycan-İsrail əlaqələri yüksək səviyyədədir. İsrail və Azərbaycan prezidentləri Şimon Pres və İlham Əliyev Dausda görüşdülər. İsrailin sabiq baş naziri Ehud Barak Azərbaycan respublikasına səfər etmişdir həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri zamanı bəzi sənədlər imza olunmuşdur. Son vaxtlar da xidmət və diplomatik pasporta malik olanlar üçün tərəflər viza rejiminin asanlaşdırılmasına dair memorandum imzalamışlar. Xatırlatmaq istərdim ki İsrail hər hansı bir ölkə ilə bu kimi razılaşmalara qol çəkmir və bu Azərbaycanla İsrail arasındakı özəl əlaqələrin göstəricisidir ".

Qüdsü işğal edən rejimin Bakıdakı səfiri rəsmi Bakının bu qəsbkar rejimin enerjiyə olan ehtiyacını təmin etməsindən razı qaldığını bildirərək deyib: " Mən Azərbaycanın daxili bazarlarında İsrailin önəmli şirkətlərinin fəaliyyətini görürəm, onların çoxu kənd təsərrüfatı sahəsində fəal şirkətlərdir və bu gün rabitə, informasiya texnologiyaları, su şəbəkəsi, tibb və turizm sahəsindəki şirkətlər də əlavə olub. Mən var gücümlə İsraildən Azərbaycan respublikasına çoxlu sayda turistin gəlməsinə səy göstərəcəyəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, İsrailə səfər edən Azərbaycanlı turistlərin sayı daha da artacaq. İsrail-Azərbaycan ticarət palatasının yaradılması da son vaxtlar iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərdən biridir. Həm də biz İsrailin ixracat müəssisəsinin rəhbərinin və kənd təsərrüfatı heyətlərinin Azərbaycana səfərlərini gözləyirik. Son vaxtlar AZAL aviasiya şirkəti İsrail istiqamətində yük daşıyan uçuşlara başlayıb ".

Qüdsü işğal edən rejimin səfiri həmçinin tolerantlıq baxımından Azərbaycan respublikasına bərabərlik edən bir ölkə görmədiyini deyib .

Rəsmi Bakının Qüdsü işğal edən rejim ilə əlaqələri genişləndirməsi elə bir şəraitdədir ki, bu rejimin müsəlmanlara qarşı cinayətlərinin artdığına görə Azərbaycan respublikasının müsəlman xalqının bu rejimə nifrəti də artmaqdadır.


  • Yazılıb
  • da (də) 2013 Dec 26