deputatlar bildiriblər ki, bu hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.
Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov srağagün üzləşdiyi haqsızlıqlara görə Həmkarlar Konfederasiyasının qarşısında özünü yandıran və hazırda 5 saylı xəstəxanada müalicə olunan Qarabağ qazisi Zaur Həsənova baş çəkib, xəstənin vəziyyəti ilə maraqlanıb, onun barəsində həkimlərlə söhbət ediblər.
deputatlar bildiriblər ki, bu hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.
M.Qurbanlı əraziyə toplaşan qazilərə bildirib ki, məsələni bəzi qüvvələr siyasiləşdirmək istəyir və buna yol vermək olmaz. O, məsələnin diqqətdə saxlanılacağını da söyləyib.
Əməkdaşımızın verdiyi xəbərə görə, xəstəxananın qarşısında 50-yə qədər Qarabağ qazisi toplaşıb. Bundan başqa, əraziyə xeyli polis qüvvələri də cəlb edilib. Onlar bu hadisə ilə bağlı etiraz aksiya keçirilməsi ehtimalına qarşı səfərbər olunublar.