Dekabrın 25-də Kiyevin “İnterkontinental” mehmanxanasında Ukrayna Erməniləri İttifaqının illik yekun konfransı keçirilib.
Arannews.com-ın məlumatına görə, konfransda Ukrayna-Ermənistan münasibətlərinin inkişafında xidmətlərinə görə 14 nominasiyada qaliblər elan olunub.
Məsələnin diqqət çəkən məqamlarından biri qaliblər arasında Beynəlxalq Əlbəyaxa Döyüş növləri Liqasının və Avropa Döyüş Sambosu Federasiyasının prezidenti, milliyətcə azərbaycanlı Elxan Vəliyevin olmasıdır.
Tədbirdə erməni diasporu tərəfindən Elxan Vəliyev mükafatlandırılıb.
Qeyd edək ki, Ukrayna Döyüş Sambosu Federasiyasının da prezidenti olan Elxan Vəliyev erməni icmasının dəstəyi ilə keçirilən bir çox turnirlərdə iştirakçı olub.