QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Azərbaycan Respublikası Prezident Administrasiyasının qarşısında aksiya keçiriblə
Arannews-Dekabrın 27-də 50-dək QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Azərbaycan Respublikası Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər .
Onlar QHT qanunvericiliyinə edilən dəyişikliklərə etirazlarını bildiriblər .
Etiraz bəyanatında vətəndaş cəmiyyətinə təzyiqlərdən, qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişikliklərdən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların təsbit etdiyi hüquq və azadlıqların pozulmasına diqqət çəkiblər.