Arannews-Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb .
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma-ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir .
Qeyd edək ki, hadisə dekabrın 27-də Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb .
Baş verən partlayış nəticəsində 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov ölüb, 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb.