Tarix : 2013 Dec 28
Kod 41440

Bakıda partlayış!

partlayış nəticəsində bir nəfər ölüb və bir nəfərdə yaralanıb

Arannews-Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb .

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma-ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir .

Qeyd edək ki, hadisə dekabrın 27-də Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb .

Baş verən partlayış nəticəsində 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov ölüb, 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb.


  • Yazılıb
  • da (də) 2013 Dec 28