məhbuslar mətbuat vasitəsi ilə Gəncə İstintaq Təcridxanasında saxlanma şəraitlərinin dözülməz olduğunu bildirmişdilər
Arannews-İsmayıllı məhbusları Şəki Təcridxanasına köçürüldü.
İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və digər 16 nəfər Şəki İstintaq Təcridxanasına köçürülüb. Uzun zamandır ki, vəkillər və təqsirləndirilən şəxslər Şəki İstintaq Təcridxanasına köçürülmələrini tələb edirdilər. Qeyd edək ki, təqsirləndirilənlər əvvəl Gəncə İstintaq Təcridxanasında saxlanılırdı. Onlar mətbuat vasitəsi ilə Gəncə İstintaq Təcridxanasında saxlanma şəraitlərinin dözülməz olduğunu bildirmişdilər .
Xatırladaq ki, İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi dekabrın 29-u saat 10:00-da keçiriləcək.