“vəkil:Nicat Əliyevin tezliklə məhkəməsi gözlənilmir. Nicatın işi ilə bağlı apellyasiya şikayətini bu ayın 29-a qədər verməliyik
Arannews-Azadxeber.net saytının baş redaktoru, vicdan məhbusu Nicat Əliyevin işində hər hansı yeniliyin olub-olmaması ilə bağlı onun hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov açıqlama verib.
vəkil açıqlamasında qeyd edib ki, “Nicat Əliyevin tezliklə məhkəməsi gözlənilmir. Nicatın işi ilə bağlı apellyasiya şikayətini bu ayın 29-a qədər verməliyik. İş apellyasiya məhkəməsinə çatsa belə gözlənilir ki, məhkəmələr 2014-cü ilə qalacaq. Yəni yanvar ayının axırlarından başlanacaq proseslər .”
Qeyd edək ki, Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Zeynal Ağayevin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib./xeber44