Tarix : 2013 Dec 29
Kod 41456

Türkmənçay müqaviləsinin acılığını unutmaq üçün sərgi

Cəlal Səlimi Türkmani özünün 14-cü özəl sərgisində "Türkmənçay təbiəti" adlı rəsmlərini sərgiləməklə bu məntəqənin təbiətini canlandırıb
AranNews- Sərgidəki əsərləri barədə müsahibə verən rəssam deyib: "Region əhalisinin hamısı Türkmənçayı İranla Rusiya arasında bağlanan müqavilə və İran ərazisinin bir hissəsinin İrandan ayrılması ilə tanıyırlar. Təbiət mövzusu ilə bu məntəqənin rəsmlərini çəkməkdə məqsədim onun gözəlliklərini göstərməkdən əlavə, İran xalqının Türkmənçay adını eşidəndə onun acı xatirəsini onlara unutdurmaqdır".
Səlimi Türkmani artırıb: "Bu məntəqədə imzalanan müqavilə Türkmənçaya diqqətsizliyə səbəb olub. Mən belə inanıram ki, o hadisə hər nə olubsa, daha olub keçib. Mən bir sənətçi kimi öz doğulduğum yurdun gözəlliklərini çəkib göstərməklə bu mövzunun unudulmasında payımın olmasına çalışıram".

  • Yazılıb
  • da (də) 2013 Dec 29