Tarix : 2013 Dec 29
Kod 41460

Azərbaycanda 31 dekabr hadisəsinin təhrifi-31 dekabr İranlılarla Azərbaycanlıların Həmrəylik Günüdür

24 il bundan öncə 31 dekabrda Arazın şimal əhalisi iki əsrə yaxın ayrılıqdan sonra İrana olan sevgi və məhəbbətlərini göstərdilər
24 il bundan öncə 31 dekabrda Arazın şimal əhalisi iki əsrə yaxın ayrılıqdan sonra İrana olan sevgi və məhəbbətlərini göstərmək üçün kütləvi şəkildə ayağa qalxdılar Azərbaycan xalqını İrandan ayıran sərhəd qalalarını və tikanlı məftilləri qıraraq soyuq bir qış günündə özlərini Araz çayına vuraraq İran torpağına ayaq basdılar.
AranNews - 1989-cu ildə kommunistlərin hakimiyyəti altında xarici dünya və öz həmvətənləri ilə
əlaqələrdən məhrum olmuş, Türkmənçay və Gülüstan müqavilələri nəticəsində İrandan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının xalqı ayağa qalxdılar və İrana tərəf hərəkət etdilər. Onlar, Azərbaycan xalqını İrandan ayıran sərhəd qalalarını və tikanlı məftilləri qıraraq "Allahu Əkbər", "La İlahə illəllah", "Yaddan çıxmaz İranımız" fəryadları ilə özlərini kükrəyən Araz çayına vurdular, Türkmənçay və Gülüstan müqavilələrinin ləğvini, Naxçıvanın İrana birləşməsini istədilər.
Minlərlə insan rus sərhədçilərinin sərhəd manelərini yararaq öz Ana Vətənlərinə qovuşdular və İran sərhədçiləri tərəfindən qarşılandılar.
Bu böyük xəbər o günlərdə İran və beynəlxalq media tərəfindən əks etdirildi. Təəccüblü odur ki, bu oyanışdan 3 il sonra Bakı dövləti bu qiyamı təhrif etmək məqsədilə bildirdi ki, Naxçıvan xalqı İran Azərbaycanı ilə birləşmək istəyirdi. Bir müddət ötdükdən sonra Bakının yeni dövləti İran dövlətinin o zamankı dövlət rəsmilərinin sükutundan istifadə edərək 31 dekabrı "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan elədilər və ümumiyyətlə, Naxçıvanın müsəlman xalqının bu tarixi qiyamının mahiyyətini kökündən təhrif edərək qərb imperializminin separatçı proqramı əsasında hərəkət etdilər. İndi də bu aydın tarixin təhrifi qərb ölkələri və sionist rejimi tərəfindən izlənilir və bundan özlərinə fayda götürürlər.
Azərbaycan dövlətinin çoxlu təbliğatları və tarixçilərinin tarixi saxtalaşdırmasına baxmayaraq, Qafqaz, əsasən də Azərbaycanın şiələri tarix boyu İrana meyilli olmuşdur və meyli bunu xüsusi göstərmişlər. Hətta, Birinci Dünya Müharibəsində (1914-1918) zamanı Naxçıvan əhalisi minlərlə imza toplayaraq İrandan istədilər ki, Naxçıvanı İrana birləşsin. Lakin, ingilislərin təxribatı ilə bunun qarşısı alındı.
Hər halda 1989-cu il dekabrın 31-də naxçıvanlıların böyük qiyamını və bunun ardınca İran sərhədçilərinin onları qarşılamasını, onları ağuşlarına çəkmələri Arazın şimal əhalisinin İrana sevgisinin simvolu kimi tarixdə qeyd olundu.

  • Yazılıb
  • da (də) 2013 Dec 29