Tarix : 2013 Dec 29
Kod 41463

Ərdəbilin imam cüməsi: 31 dekabr, Azərbaycan xalqının İrana olan sevgisi ilə mübarizə aparmaq üçün düşmənin hiyləsidir

Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra sel kimi İrana axışdılar, hətta İrana qoşulmaq fikrində idilər
AranNews - Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrinin qısa bir hissəsində Azərbaycan xalqının İrana sevgisinə işarə edərək deyib: "Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra sel kimi İrana axışdılar, hətta İrana qoşulmaq fikrində idilər. 70 illik ateizm və dinsizliyin təbliğinə baxmayaraq onlar İslam və İrana üz tutdular. Bundan əlavə onlar bəsirət tapdılar və onun nümunəsi məhərrəmlik əzadarlıqları və digər dini mərasimlərin icrasıdır. Amma düşmən də xalqın bu bəsirəti qarşısında hiylələrə əl atdılar və 31 dekabr bu hiylələrdən birisidir. Əlbəttə, bu barədə sonra geniş danışacağam".
Xatırladaq ki, 1988-ci il 31 dekabrda sərhəd maneələrini yararaq, Araz çayını keçib özlərini İrana çatdırdılar. Lakin, onların İrana olan bu ürək sevgiləri sonradan dövlət adamları tərəfindən təhrif edildi və hazırda 31 dekabr Azərbaycanda Dünya Azərbaycanlıları Günü kimi qeyd edilir.
  • Yazılıb
  • da (də) 2013 Dec 29