Tarix : 2013 Dec 29
Kod 41470

Bakıda daha bir nəfər özünü yandırdı (Yeniləndi) (Foto)

Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb
Arannews - Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, metronun “Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, A. Ələkbərov artıq xəstəxanaya gətirilib. O, xəstəxananın yanıq şöbəsinə yerləşdirilib, həkimlər vəziyyətini ağır qiymətləndirirlər. 
Xəstəxanasının Yanıq Mərkəzindən verilən məlumata görə, xəstə bədəninin müxtəlif nahiyələrinin 1-ci və 2-ci dərəcəli çoxsaylı termiki yanığı diaqnozu ilə daxil olub.
Hazırda intensiv terapiya tədbirləri davam etdirilir.
***
18.22
Bakıda daha bir nəfərin özünü yandırması barədə xəbər yayılıb. Musavat.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook-da yazıb. Onun yazdığına görə, hadisə Günəşli istiqamətinə gedə yolun kənarındakı yanacaqdoldurma məntəqəsində baş verib. “Hadisə yerinə hələ də təcili yardım çatmayıb və özünü yandıran kişinin vəziyyətinin ağır olduğu bildirilir, - Gözəl Bayramlı yazıb.
Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı.

  • Yazılıb
  • da (də) 2013 Dec 29