Onun başsız qalan ailəsinə, 5 körpə balasına kim və necə cavab verəcək?
Arannews - Onun başsız qalan ailəsinə, 5 körpə balasına kim və necə cavab verəcək?
Zaur Həsənovun nəşi yuyulduqdan sonra Lökbatana atası evinə aparılıb. Jurnalistlər, Qarabağ qaziləri və ictimai fəallar da Lökbatan qəsəbəsinə gediblər. Hazırda Göy Məscidin qarşısında sakitlikdir.
Bu arada facebook-da Zaur Həsənovun ölümü ilə əlaqədar aksiya üçün "event" yaradılıb. İctimaiyyət dekabrın 29-u saat 16:00 üçün Fəvvarələr Meydanına çağırılır.
23:45
"Azadlıq"ın əməkdaşının verdiyi məlumata görə, artıq Qarabağ qaziləri Göy Məscidin qarşısına toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər. Məscidin qarşısına polislər cəlb olunub.
Qarabağ qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lokbatan qəsəbəsinə aparılır. Sabah saat 14.30-da Zaur Həsənov Bibi Heybətdə dəfn olunacaq.
Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinəyət hadisəsi baş verib və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.
Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Bu barədə məlumatı başqa bir Qarabağ qazisi Rey Kərimoğlu "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin onun əmlakını əlindən alınmasına etiraz olaraq özünü yandıran Zaur Həsənov süni nəfəs aparatına qoşulmuşdu. Bir neçə dəqiqə bundan öncə 5 saylı xəstəxanada dünyasını dəyişib. Hazırda mərhum cənazəsi Göy məsçidə aparılıb.
Z.Həsənovun ölüm xəbəri yayılandan sonra xəstəxanaya gedən jurnalistlərə bir müddət bu barədə məlumat verilməyib. Təxminən bir saat ölüm faktı açıqlanmayıb, hətta Səhiyyə Nazirliyi məlumatı təkzib edib.
Allah rəhmət eləsin!