3 gün öncə Qarabağ əlili olan Zaur Həsənov hamının gözü qarşısında özünü yandırdı və yaraların ağırlığından dünyasını dəyişdi
AranNews - 3 gün öncə Qarabağ əlili olan Zaur Həsənov hamının gözü qarşısında özünü yandırdı. Zaurun yaxınları və dostları özlərinin çoxsaylı müsahibələrində bildiriblər ki, Zaur Həsənov dəfələrlə öz durumu və çox uşaqlı ailəsinin ağır durumu barədə hökumət orqanlarına müraciət edərək kömək istəmişdir, lakin hər dəfə ona mənfi cavab verilmişdir. Qarabağ əlilinin 13 yaşlı oğlu İsmayılın sözlərinə görə atası özünü yandırmazdan qabaq polislər tərəfindən təhqir edilib. Yəni polislər Qarabağ əlilini ələ salıblar, və hətta ona cürətsiz deyiblər.
Bu təhqirin ardınca Zaur Həsənov polisin və camaatın gözü qarşısında özünü yandırıb. Sonra o xəstəxanaya çatdırılıb və dünən yaraların ağırlığından vəfat etdi.
Diqqəti çəkən məsələ Zaur Həsənovun bu hərəkətindən sarsılan ölkə başçısı İlham Əliyevin ona 100 min manat kompensasiya və övladlarının hər birinə ayda 300 manat verilməsinə göstəriş verməsi oldu.
Azərbaycanda müharibə veteranları üç qismə bölünürlər və onlara edilən yardımlar çox azdır. Onların veterenlığını və əlilliyini sübut etmələri üçün qanun da çox çətin tutulmuşdur. Ona görə də Qarabağ əlilinin özünü yandırmasından sonra dövlət bu qanuna dəyişikliklər edilməsinin lazım olmasını bildirdi.
Əlbəttə, ölkədə özünü yandırmaq birinci dəfə deyil və dünən də belə bir hadisə baş verdi.
Hər halda Azərbaycan dövlətinin müharibə əlillərinə vaxtsız yardımı Qarabağ döyüşlərinin iştirakçılarına və onların ailələrinə bərpa edilə bilməyəcək zərbə vurdu. Qarabağ veteranlarının ailələrinə ciddi yanaşılmır, onların bəzilərinin hətta yaşlı anaları fəhlə, ya süpürgəçi işləyirlər.
Bu anaların hamısı öz haqlarını bərpa etmək üçün özlərini yandırmalıdırlar?