Arannews - İntihara vadar edilən qazi Zaur Həsənovun Hüseyn Hüseynov adlı dayısı da fəvat edib. Hüseyn Hüseynov bu gecə yas yerində dünyasını dəyişib. Məlumatlara görə, ürəyində ağrılar var imiş. Onun ürəyi bacısı oğıunun faciəsinə tab gətirməyib. Bu barədə azadliq.info-ya qazinin dəfn mərasimində iştirak edən əməkdaşımız məlumat verib.
Zaur Həsənovun dayısı Hüseyn Hüseynov
Dəfn mərasimində iştirakçılardan biri saat 16:00-a Fəvvarələr Meydanına mitinq təyin edildiyini deyib və hamını ora çağırıb. Qarabağ qazilərindən Rey Kərimoğlu buna etiraz edib və sakitliyə səsləyib.Qazinin cənazəsi artıq Bibiheybət məzarlığına gətirilib. Məzar Bibiheybət massivi ilə üzbəüz qazılıb.
Zaur Həsənovun cənazəsi artıq Lökbatan qəsəbəsində yerləşən evindən qaldırılıb və dəfn olunmaq üçün Bibiheybət qəbiristanlığına aparılır. Əməkdaşımız bildirir ki, izdiham "Qazilər ölməz, vətən bölünməz", "Qazilərimizi yandırma", "Qatillər zindana" şüarları səsləndirir.
yas mərasiminin keçirildiyi Lökbatan qəsəbəsi və mərhumun dəfn olunacağı məzarlıq mülki geyimli polis və xüsusi xidmət orqanlarının işçiləri ilə doludur.
Belə söhbətlər gəzir ki, dəfn mərasimi bitənədək Səttar Mehbalıyev istefa verməsə, Lökbatanda kütləvi aksiya başlayacaq.
Yas mərasiminə Qaradağ rayon icra başçısı Süleyman Mikayılov da gedib. O, YAP-çı deputatlar Fəttah Heydərov, Siyavuş Novruzov və Hadı Rəcəblini müşaiyət edib.
Üzləşdiyi haqsızlıqlara görə özünü yandıran və dekabrın 28-də dünyasını dəyişən Qarbağ qazisi Zaur Həsənov bu dəqiqələrdə Bibiheybət məzarlığında dəfn olunacaq.
Mərhumun yas mərasimi Lökbatan qəsəbəsində, ata evinin həyətiondə təşkil olunub. Səhər saatlarından həyətdə mağarlar qurulub, ölkə ictimaiyyəti, Qarabağ qaziləri və mərhumun yaxınları mərasimə toplaşıb.
“musavat.com” xəbər verir ki, vida mərasiminə gələn qazilərdən birinin vəziyyəti qəfil pisləşib. Yerə yıxılan qaziyə yoldaşları müdaxilə edib, təcili yardım çağrılıb.
Vida mərasimi ilə bağlı Qaradağ rayonu sakinləri mənzillərinin eyvanına Azərbaycan bayrağı asıblar.