Tarix : 2013 Dec 30
Kod 41492

Fəvvarələr Meydanında aksiya; həbs edilənlər var

Gənclər "Qazimiz ölməsin..." dedi, polis onlara zor işlətdi(FOTO)
Arannews - Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilənlərdən hələ ki bunları dəqiqləşdirmək olub:

AXCP Gənclər Komitəsindən Bəyim Həsənli, Türkel Azərtürk, Sabir Məmmədov, Bəxtiyar, Emil Səlimov, Kamilə Əhmədova, Tofiq Rüstəmov, Toğrul İbrahimli, Orxan Carçı, AXCP fəalı Kəmalə Bənənyarlı, Müsavatçı gənclərdən Tural Sadıqov, Cavid Hacıbəyli, siyasi mənsubiyyəti bilinməyən Samir Poladov, Xəyyam Məmmədov.


İlk həbslərdən sonra müvəqqəti səngiyən aksiyada ikinci dalğa başlayıb. Polis və mülki geyimlilər yenidən aksiyaçıları dağıdıb, həbslər həyata keçirib. İkinci dalğada həbs edilənlərdən hələ ki, Xəyyam Məmmədov, Orxan Carçı və Toğrul İbrahimin adını dəqiqləşdirmək mümkün olub. 
Əməkdaşımız Ramin Deko hadisə yerindən xəbər verir ki, Fəvvarələr Meydanında qazi Zaur Həsənovun ölümünə görə etiraz aksiyası başlayıb. Təxminən saat 15:50-də başlayan aksiyada 100-ə yaxın iştirakçı olub. Əvvəlcə gənclər əllərində plakatlarla meydanda oturublar. Polis onların hərəkətini müşahidə edib. Sonra "Qazimiz ölməsin, vətən morqa dönməsin" şüarı ilə hərəkətə başlanıb. Bu zaman mülki geyimlilər və polislər dərhal hərəkətə keçib. Onlarla saxlanılan var. Saxlanılanlardan AXCP-çi gənclər Bəyim Həsənli, Türkel Azərtürk və gənc fəal Samir Poladovun adını dəqiqləşdirmək mümkün olub.
Qarabağ qazisi Zaur Həsənovun özünü intihar həddinə çatdırılması ilə əlaqədar Bakının Fəvvarələr Meydanına bu gün saat 16:00-a aksiya təyin edilib. “Azadlıq”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, meydanı artıq polis nəzarətə götürüb, əraziyə suvuran maşın da gətirilib.










  • Yazılıb
  • da (də) 2013 Dec 30