Tarix : 2013 Dec 30
Kod 41493

Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib

Bu barədə İslamazeri.az-a vəkil Cavad Cavadov məlumat verib
Arannews - Cavad Cavadov saytımıza açıqlamasında qeyd edib ki: "27 dekabr 2013-cü ildə səhər saat 09:30 Bakı Apellyasiya Məhkəməsindən mənə zəng olunaraq Süleymanov Abgül Nemət oğlunun barəsində Qaradağ rayon Məhkəməsinin onun qapaılı həbsxnaya keçirilməsinə dair qərardan verdiyim apellyasiya şikayətinə baxılacağı bildirilmişdir. Mən bildirdim ki, fiziki olaraq gələ bilmərəm və vaxtında xəbər verilməməsi ilə bağlı iradlarımı bildirdim. İşin baxılmasının təxirə salınmasını xahiş etdim. Sonradan öyrəndim ki, ilkin baxış iclası keçirilib və iş məhkəmə baxışına təyin olunub. Bildiyiniz kimi əvvəlki ilkin baxış iclasının qərarını Azərbaycan Respublikası Ali Məhkəməsi ləğv etmiş və bizim apellyasiya baxışının məhkəmə istintaqı ilə əlavə sübutlar tələb edilməklə baxılmasına dair mövqeyimizi müdafiə etmişdi. Hal hazırda apellyasiya məhkəməsinin hansı qərar qəbul edəcəyini öyrənib, həmin qərarı Abgül SÜleymanovla birlikdə müzakirə etdikdən sonra növbəti addımlarımız bilinəcək."
  • Yazılıb
  • da (də) 2013 Dec 30