Tarix : 2013 Dec 31
Kod 41511

Sibti-Əkbər imam Həsənin (ə) məzlumcasına şəhadəti münasibətilə imamın (ə) sülh proqramının və imam Hüseynin (ə) qiyamına şərait yaranmasının araşdırılması

Müaviyənin zamanında baş verən dəhşətli hadisələr İraq xalqını bərk silkələdi, onları süstlükdən çıxardı və əməvi hökumətinin əsil mahiyyətini üzə çıxardı.
Müaviyənin zamanında baş verən dəhşətli hadisələr İraq xalqını bərk silkələdi, onları süstlükdən çıxardı və əməvi hökumətinin əsil mahiyyətini üzə çıxardı.
Qəbilə başçıları Müaviyənin bəxşişlərindən faydalandığı bir halda İraqın adi xalqı öz ayaqları ilə ona tərəf getdikləri Müaviyənin qəddar və sitəmkar hökumətinin mahiyyətini yavaş-yavaş başa düşməyə başlayırdılar.
Müaviyə, Müğeyrə ibn Şöbəni Kufəyə, Abdullah ibn Amiri Bəsrəyə hakim təyin etdi, özü isə Şama gedərək Dəməşqdən hökumətini idarə etməyə başladı.
İraq xalqı həzrət Əlinin (ə) dövranını yada saldıqca kədərlənirdilər və Əlini (ə) himayə etmədiklərinə görə peşmançılıq hissi keçirirdilər. Həmçinin, imam Həsəni (ə) himayə etməməklə onu sülhə məcbur etdiklərinə çox peşman olmuşdular. Onlar bir-birlərini gördükdə özlərini danlayır, bundan sonra nələr ola biləcəyini və nə etmək lazım olduğunu soruşurdular. Hələ sülhün üstündən bir neçə il ötməmiş artıq Kufənin nümayəndələri imam Həsənlə (ə) görüşə gedir, o həzrətlə müzakirələr aparırdılar.
Ona görə də imam Həsənin (ə) dövrü fasid əməvi hökuməti ilə mübarizə etmək üçün hazırlıq və məşq dövrü hesab edilir. Onlar İslam ümmətinin vəd verilmiş günü qiyam etməyə hazırlaşırdılar.
İmam Həsənin (ə) sülh etdiyi dövrdə hələ hələ cəmiyyət imamın (ə) hədəflərinin təmin edəcək dərk həddinə çatmamışdılar. O vaxt hələ İslam cəmiyyəti öz arzularının zəncirlərinin əsiri idilər və bu arzular onlara məğlubiyyət ruhunu yeritmişdi.
İmam Həsənin (ə) izlədiyi hədəf ictimai fikri fasid əməvi hökumətinə qarşı qiyama hazırlamaq, xalqa fikirləşmək üçün fürsət vermək, əməvi hökumətinin həqiqi mahiyyətini onlara göstərmək idi.
Yavaş-yavaş bu hazırlıq gücləndi və İraqın böyük şəxsiyyətlərinin diqqəti Hüseyn ibn Əliyə (ə) tərəf yönəldi və ondan qiyam etməsini istədilər.
Çünki imam Həsənin (ə) şəhadətindən sonra imam, Hüseyn (ə) idi. Müaviyənin cinayətləri dərhal Mədinədə yayılır və ictimai müzakirələrə səbəb olurdu. İmam Hüseyn (ə) İraq, Hicaz və digər məntəqələrin böyükləri ilə iclaslar keçirirdi. Onlardan bir nümunəsi budur ki, Müaviyə Hücr ibn Ədiyy və onun yoldaşlarını öldürtdükdə Kufə böyüklərindən bəziləri imam Hüseynin (ə) yanına gələrək bu hadisəni o həzrətə xəbər verdilər. Bu xəbər bütün imanlı adamlarda Müaviyəyə qarşı nifrət oyatdı.
Bu mövzu göstərir ki, o zaman əməvi hökumətinə qarşı nizamlı hərəkat formalaşırdı. Bunun da əsas təbliğçiləri və təsirediciləri imam Həsənin (ə) səmimi dostları idilər və öz ağıllı tədbirləri ilə Müaviyənin qoşunundan qorumuşdular. Bu dəstənin hədəfi o idi ki, Müaviyənin saysız-hesabsız cinayətlərini camaata başa salsınlar və qiyam ruhunu onların ürəyində əksinlər, ta ki, vəd edilmiş gün gəlib çatsın.
  • Yazılıb
  • da (də) 2013 Dec 31