Tarix : 2013 Dec 31
Kod 41514

İslamçılar Şəhidlər Xiyabanını ziyarət edib+ Foto

Məsumlar əzadarlıqla yad olunublar
Arannews- Bu gün Azərbaycan İslam Partiyasının bir qrup üzvü 31 dekabr İslam Peyğəmbərinin vəfatının ildönümü, İmam Həsən və İmam Rzanın şəhadətləri ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. 
Əvvəlcə şəhidlərin məzarını ziyarət edib gül dəstələri qoyan islamçılar əbədi məşəlin önündə əzadarlıq ediblər. Çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, islamçılar hər zaman vətəni, milləti uğrunda canlarını şəhidlər kimi fəda ediblər və bundan sonra da hər zaman Vətən yolunda, torpaqların azadlığı uğrunda hazırdırlar: "Bu yolu bizə İmam Hüseyn öyrədib. Mübariz İbrahimov kimi qardaşlarımız da bu məktəbin yetirməsi kimi canını Vətən uğrunda verdi. İstərdik ki, günahsız yerə, qondrama ittihamlarla həbs olunmuş Azərbaycan islamçılarının rəhbəri Mövsüm Səmədov qardaşımız, ruhanilərimiz Hacı Fəramiz, Hacı Abgül, Tale Bağırov da bizim sıralarımızda olsunlar. İnşallah bir gün onlar da bizim önümüzdə addımlayacaqlar. "


















  • Yazılıb
  • da (də) 2013 Dec 31