Cinayət Məcəlləsinə əlavələr zamanı mobil telefon da, həbsxanada istifadəsi qadağan olunmuş əşyalar siyahısına salınaraq, cinayət əməli hesab edilmişdir. Eləcə də, məhbusun üzərində tapıldığı halda cəza müddətinin üzərinə əlavə olaraq 6 ay artırılır.
Arannews - Azadxeber.net xəbər verir ki, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Məlumat üçün qeyd edək ki, Cinayət Məcəlləsinə əlavələr zamanı mobil telefon da, həbsxanada istifadəsi qadağan olunmuş əşyalar siyahısına salınaraq, cinayət əməli hesab edilmişdir. Eləcə də, məhbusun üzərində tapıldığı halda cəza müddətinin üzərinə əlavə olaraq 6 ay artırılır.
İlahiyyatçının vəkili ölkə xaricində olduğu üçün məsələ ilə bağlı əlaqə saxlaya bilmədik. Lakin bunun ilahiyyatçıya qarşı yeni ittihamın irəli sürülməsi məqsədi ilə planlaşdırıldığını söyləyə bilərik.
Maraqlıdır ki, Penitensiar xidmət təcridxanaya daxil olan istənilən əşyanı ciddi şəkildə yoxladığı, qanunsuz vasitələrin keçirilməsinin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri gördüyü halda, həmin mobil telefonun “içəri”yə, özü də həbsi siyasi motiv daşıyan və 2-ci məhkumluq həyatı yaşayan ilahiyyatçının “kamera”sına necə keçirilməsi haqda heç bir açıqlama verməyib. Təbii ki, yaxşı olardı ki, Penitensiar xidmət bu barədə də açıqlama versin.