Azərbaycan respublikası bir İran vətəndaşını əsassız ittihamlarla elə bir şəraitdə həbs və psixi təzyiqlər altında etirafa məcbur edir ki, onun özü hələ də günahsız olduğunu vurğulayır
Azərbaycan respublikası bir İran vətəndaşını əsassız ittihamlarla elə bir şəraitdə həbs və psixi təzyiqlər altında etirafa məcbur edir ki, onun özü hələ də günahsız olduğunu vurğulayır.
İran vətəndaşı Bəhram Feyzi bir neçə ay öncə casusluq və narkotik daşıma kimi əsassız ittihamlarla Bakıda həbs edildi və qapalı mühakimə edilərək 15 il azadlıqdan məhrum edildi.
Azərbaycan mediaları xəbər veriblər ki, Feyzi ona qarşı ittihamlara etiraf edib hal bu ki, Bəhram Feyzi ona qarşı çıxarılan hökmə etiraz edərək hələ də günahsız olduğunu vurğulayır.
Bəhram Feyzinin yaxınlarından biri bu barə də deyib ki, o kəskin ruhi və fiziki təzyiqlər altında qabaqcadan Azərbaycan məmurları tərəfindən tənzimlənmiş yazılı etirafı imzalamaq məcburiyyətində qalıb. Müstəntiqlər onu, ailəsinə ziyan yetirəcəkləri ilə hədələyiblər.
Bu İran vətəndaşı mühakimə olduğu müddətdə vəkildən məhrum edilib və bir dəfə də ruhi və fiziki təzyiqlər üzündən özünə qəsdə təşəbbüs göstərmişdir.
Bu mövzunun mediada təkrar gündəmə gətirilməsinə və bu İran vətəndaşının vəziyyətinin qaranlıq qalmasına baxmayaraq indiyədək Azərbaycan Respublikası hökumətindən bu barədə hər hansı rəsmi açıqlama olmayıb .