"Vikipediya"ya əsasən, Məhəmməd Fətullah Güləni vaiz, yazıçı, əxlaq və dini elmlərin
müəllimi və öz istəyi ilə ABŞ-a mühacirət etmiş bir türkiyəlidir
"Orta İslam" yoxsa "Amerikasayağı islam"ın carçısı Keçən həftənin cümə günü Türkiyədə bir sıra ictimai-siyasi məsulların və Rəcəb Təyyib Ərdoğan kabinetinin üç nazirinin oğlunun həbsinin şahidi olduq. Həbs edilənlərin hamısı korrupsiya və rüşvətdə ittiham olunurlar. Onlar dövlətə yaxın adamlar olduğu üçün Ərdoğana qarşı təzyiqlər artmış və onun istefası tələb edilir.
Türkiyənin baş naziri bu hadisələri çirkin əməliyyat adlandıraraq deyib: "Bu təhqiqatın
arxasında dayananlar dövlət içində dövlət yaratmaq istəyənlərdir".
Fəsadın kökünü kəsmək və ticarəti müdafiə etmək məqsədi iddia edilən bu geniş əməliyyat
Ərdoğan hökumətinin ən böyük problemlərindən hesab edilir.
Ərdoğan son çıxışlarında bir sıra ölkələri Türkiyənin daxili işlərinə qarışmaqda
ittihamlandırdı və dolayısıyla ABŞ-ı bu senarinin səbəbkarı adlandırdı. Hətta bu mövzu ABŞ səfirinin məsələyə raksiya verməsinə və Türkiyə hadisələrində dəxalətləri
olmamalarını iddia etməsinə səbəb oldu.Türkiyə siyasətçiləri belə düşünürlər ki, polisin bu
həmləsinin kökündə seçki qabağı Ərdoğan-Gülən qarşıdurması dayanır.
Fətullah Gülən kimdir?
"Vikipediya"ya əsasən, Məhəmməd Fətullah Güləni vaiz, yazıçı, əxlaq və dini elmlərin
müəllimi və öz istəyi ilə ABŞ-a mühacirət etmiş bir türkiyəlidir.
Gülən öz ömrünü İslam alimi Səid Nursinin İslamın inkişaf etmiş nüsxəsi olan "Anadolu
İslamı" təlimlərini təbliğ etmişdir. Gülənin təfəkküründə müdara, tolerantlığa dərin etiqad vardır və o hər növ terrorlu bərk pisləyir. O, ilahidinlər və səmavi kitabların ardıcılları arasında dialoqa etiqadlıdır.
Özü də Vatikan və yəhudilərin bəzi mərkəzələri ilə belə dialoqlarda təşəbbüskar olmuşdur.
Gülən hərəkatı Gülən öz şəxsi imkanları hesabına 1970-ci ildə "Hamıya ümumi xidmət və təlim"
xidməti mərkəzi təsis etmiş və çoxlarını bu mərkəzə cəzb etmişdir. İllər ötdükcə mərkəzi daha da genişləndirmişdir. Bu günləri onun bu böyük kompleksi "Gülən hərəkatı" kimi tanınır və bir çox dünya müsəlmanları -əsasən Türkiyə müsəlmanları-tərəfindən idarə olunur. Hərəkatın nə qədər üzvü olması barədə müxtəlif fikirlər var və neçə yüz mindən 4 milyona qədər deyənlər var. Mərkəzin əməkdaşları adətən tələbələr, müəllimlər, ticarətçilər, jurnalistlər və müxtəlif sahələrdə təhsil görmüş şəxslərdən ibarətdir.Fətullah Gülənin nəzərində İslam Türkiyənin məlumatlı qaynaqları bildirirlər ki, hazim Ədalət və İnkişaf partiyasının bəzi üzvləri Fətullah Gülənin hərəkatına bağlı adamlardır. Gülən isə "Orta İslam" iddiaçısıdır. Yaxşı olar ki, "Orta İslam" mövzusunun daha da geniş aydın olması üçün ABŞ-ın RAND müəssisəsinin bu barədə təhlili ilə tanış olaq. Bu mərkəz mötədil müsəlmanlar barədə yazır: "Bu müsəlmanlar
demokratiyanın hamiləridir və ABŞ-ın dəstəyinə layiqdirlər.
Demokratiyanı dəstəkləmək isə İslami dövlət ilə müxalifət etmək mənasınadır. Baxılmalıdır ki, kimlər İslam şəriətinin icra edilməsini istəyir. Şəriətdə mühafizəkar olmaq demokratiya və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş insan hüquqları ilə uyğun gəlmir. Radikal İslamla mübarizədə tolerant müsəlmanlar qərbin ortaqlarına
çevrilə bilərlər".
Ona görə də "şəriət" və "dövlət"i İslamdan silmək bu növ müsəlmanlara məxsus xüsusiyyətdir. Sekulyar türk Fətullah Gülən "RAND" müəssisəsi tərəfindən tolerant müsəlman kimi seçilməsindən əlavə, qərb üçün də imtiyaz sayılır. Həmin müəssisənin təhlilinə əsasən, Fətullah Gülən konstitusiyanın icrasına müxalif, İran hökumətinin tənqidçisi, ABŞ dövlətinin ortağıdır.
"Ekonomist" qəzeti 2008-ci il 8-ci sayında Gülənin hərəkatını qərbin nəzərində xoşagələn və
dəstəklənən bir hərəkat adlandırmaqla Gülənə xəbərdarlıq etdi ki, bu tərif və təsdiqlər bütün qərb dövlətlərinin onun "Orta İslam" nəzəriyyəsinə əsaslanan iddialarını avtomatik qəbul etmələri mənasına deyil. Gülənə yaxın adamlardan biri Ekonomist qəzetinə bildirib ki, biz qərbin kəşfiyyat təşkilatlarının nəzarətindəyik.
Belə nəzərə gəlir Ədlət və İnkişaf partiyasının hökumət başına gəlməsinə çoxlu köməkliklər etmiş Gülən, Ərdoğanın "ictiami-siyasi" islahatlarından razı qalmayıb. Çünki Gülənin hədəfi ölkədi dini rəngi artırmaq olub və öz məqsədinə nail ola bilməyib. Ona görə də dövləti öz mövqeyindən geri çəkilməyə, ya da baş naziri istefa verməyə məcbur etmək istəyir. Gülənin məhkəmə və təhlükəsizlik sistemində güclü nüfuzu olduğu üçün bu mövzu Ərdoğan və onun
siyasətləri üçün böyük problemə çevrildi və bundan sonra da belə olacaq.Unutmaq olmaz ki, Gülənin izlədiyi siyasət bir tərəfdən regionda İran İslam Respublikası tərəfindən izlənən siyasi şiə islamı və Ərəbistan dövləti tərəfindən izlənən radikal sələfi islamı ilə mübarizə proqramı çərçivəsindədir .