Müşfiqabad məntəqəsində yerləşən "Müşfiqabad qəsəbə məscidi"-nin adı vəhhabilər tərəfindən dəyişdirilib
Arannews - Bu barədə yerli sakinlər İslamazeri.az-a məlumat veriblər.
Daş üzərinə yazılmış "Ömər ibn Xəttab məscidi" tablosu 2013-cu ilin son günü məscidin girişinə asılıb.
Sakinlər məscidin adının vəhhabilər tərəfindən dəyişdirilməsinə etiraz edirlər. Məscidin əsl adı "Müşfiqabad qəsəbə məscidi"dir.
Məscidin şiə imamcamaatı Rauf Əhmədov İslamazeri.az-a bildirib ki, 15-20 gün bundan öncə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə məsciddə baş verən son olaylarla bağlı müraciət edib. Komitədən bildirilib ki, məscid rəsmi olaraq qeydiyyata alınmayıb.
Məscidin rəsmən təsdiq olunmaması da vəhhabilərin istədiklərini etməsinə bir növ şərait yaradır.
Məsələ ilə bağlı DQİDK-in mətbuat katibi ilə əlaqə saxlamağa çalışsaq da, tətil günləri olduqdan zəngimizə cavab verilməyib.