Tarix : 2014 Jan 02
Kod 41538

Suriyanın iki şiə şəhəri- Nəbbəl və Əz-Zəhrada insan faciəsi-Şiələr hələ də məzlumluq simvoludurlar

Suriyanın Hələb şəhərinin ətrafında yerləşən şiə sakinli Nəbbəl və Əl-Zəhra şəhərlərinin əhalisi bir il yarımdan çoxdur ki, təkfiri terrorçuların şiddətli mühasirəsindədir
Suriyanın Hələb şəhərinin ətrafında yerləşən şiə sakinli Nəbbəl və Əl-Zəhra şəhərlərinin əhalisi bir il yarımdan çoxdur ki, təkfiri terrorçuların şiddətli mühasirəsindədir. Lakin, bu xəbər dünyanın güclü mediaları tərəfindən senzura olunur.
"AranNews" AranNewsin məlumatına əsasən, Türkiyə sərhədi yaxınlğında yerləşən Nəbbəl və Əl-Zəhra şiə şəhərlərinin yetmiş mindən yuxarı əhalisi vardır və müharibə başlayandan sonra 15 min köçkün də orda məskunlaşmışdır. Habelə dövlətlə müxalif qüvvələrə qoşulmaq istəməyən minlərlə əhli-sünnə əhalisi bu şəhərə sığınmışdır.
İğtişaşların əvvəllərində suriyalı sələfi qrupları onların tutduqları siyasətlərlə müxalif olanları dialoq və müzakirələrə dəvət etdilər. Lakin, zaman keçdikcə və digər radikal silahlı qruplar Suriyaya girdikcə durum ağırlaşdı və vəziyyətin idarə edilməsi suriyalı sələfilərin də əlindən çıxdı.
Terrorçu ünsürlər bu iki şəhərin əhalisindən Hizbullah, İran və Əsəd hökumətinə qarşı çıxmalarını tələb ediblər. Lakin onlar terrorçuların bu tələbini rədd etdilər və ona görə də onların qəzəbinə düçür oldular.
Terrorçular bir müddət öncə xrisianlar yaşayan məntəqələrə də hücum etdilər, lakin hökumət qoşunlarının vasitəsilə geri oturduldular. Hazırda Suriyanın şəhərləri hökumət qoşunlarının nəzarətindədir. Lakin ordu kənd yerlərinə nəzarət edə bilmir.
Suriyanın əhli-sünnə cəmiyyətinin çoxu da qiyamçıların qeyri-insani hərəkətlərini qəbul etmir, lakin öldürülməkdən qorxduqları üçün aşkara etiraz edə bilmirlər.
Nəbbəl və Əz-Zəhra şəhərlərinin əhalisinin qanı şiə olduqları üçün xarici sələfilər tərəfindən halal elan edilmişdir və öldürülməsi lazımlı edilmişdir.
Habelə, terrorçular onlardan bəzilərini evlərində Livan Hizbullarının rəhbəri Seyid Həsən Nəsrullahın şəkillərini saxladıqları üçün işgəncələr edib, yaxud qətlə yetiriblər.
Terrorçu sələfilər 18 aydan çoxdur ki, bu məntəqələrə azuqə və digər ilk ehtiyac duyulan şeylərin girişinə mane olur və hər kəs birbaşa, yaxud vasitəylə bu mənqələrə yardım etmək istəsə, onu ölümlə təhdid edirlər.
Xəbərdə deyilir ki, bu şəhərlərin əhalisi bu soyuq qış günlərində xörək hazırlamaq, evlərini qızdırmaq üçün heç bir qaz, neft və digər yanacaqları yoxdur. Dərman çatışmamazlığı üzündən apteklər bağlanmışdır və xəstələr dərmana bərk ehtiyaclıdırlar.
Hər iki şəhərin suyu tamamilə kəsilmiş və camaat suya olan ehtiyacınlarını aradan qaldırmaq üçün yağış suyundan istifadə edirlər. Su kəsilməsi üzündən yolxucu xəstəliklər yayılmışdır. Elektrik enerjisi isə gündə cəmi 2-3 saat verilir.
Uşaqlar ac halda baş yastığa qoyur, onların valideyinləri onlar üçün heç bir kömək edə bilmirlər. Şəhərin cavanları əllərində olan az hərbi imkanlardan istifadə edərək mühasirəni yarmaq istəsəmişlər də bu qeyri-bərabər döyüşlərdə çoxlu şəhid vermişlər.
  • Yazılıb
  • da (də) 2014 Jan 02