Tarix : 2014 Jan 04
Kod 41548

İmam cümə əzadarlıq, fitnə, təkfirçilər və ABŞ-Səudiyyə planlarından danışdı

Bu gün də, Tehranın cümə namazında yüz minlərlə insanın iştirakı ilə namaz qılınıb, xütbə söylənib
Arannews.com-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

O “Peyğəmbərin ətrafında olanlar bir-birilərilə mehribandır” ayəsinə toxunaraq bildirib: “Əhalisi mehriban olan bir cəmiyyət bir-birilərinə zərbə vurmaz, böhtan atmaz. İslami cəmiyyət və onun hər bir üzvü daima haqqı müdafiə etməlidir. Bəziləri qohumluq əlaqələrinə görə digərlərini müdafiə edirlər. Bu həqiqi müdafiə deyil. Həqiqi müdafiə mömincəsinə müdafiə etməkdir. Allah heç vaxt möminləri tək qoymaz, bizdə bunu əməldə isbat etməliyik. Möminin yalnış hərəkəti olduğu zaman isə onu müdafiə etməməliyik. Abrımız da digər əməllərimiz kimi yalnız Allah yolunda xərclənməlidir.”

İmam cümə daha sonra Məhərrəm və Səfər ayında təşkil edilən tədbirlərin önəminə toxunaraq deyib: “İran xalqı Məhərrəm və Səfər aylarında Əhli-Beytə əza saxlamaqla ölkəni sığortaladı. Bu göz Əhli-Beytə ağlamaq üçündür, onu günah uğrunda xərcləməyin. Xanım Fatimənin (s.ə) izzətinə görə sinəyə vurulan əllərin günah işlətməsi heyfdir. Bu günlər həmdə ölkə tariximizdə inqilabın ilk atılan addımları və verilən şəhidlərilə yadda qalıb. Qum daha sonra isə Təbriz ayaqlanaraq inqilaba ilk dəstək verən bölgələrdən oldular.”

Ayətullah Seyid Əhməd Xatəmi Peyğəmbər zəmanəsinin əsas problemlərindən olan fitnə, əxlaqi və iqtisadi fəsada toxunaraq bildirib: “Peyğəmbərin nigaran olduğu bu məsələlər inqilabıda nigaran edir. 5 il öncəki fitnə batilin haqq paltarı geyinməsinin bariz nümunəsi idi. Bu fitnəkarlar bizim həmrəy olduğumuz dəyərlərədə hörmət etmədilər. O gün Tehranda görünən vəhşət döyüş meydanında görünməmişdi. İmam Hüseyn eşqini döyüş meydanına çevirmişdilər. Fitnəkarlara səslənərək deyirik: Bilin ki, bu millət müqəddəsatlarına hörmət bəsləyir. O gün imam Hüseyni təhqir etdiyiniz üçün xalq ayağa qalxdı və sizin ağzınıza vurdu. Bu fikirlərlə yaşayan şəxslər də bilsinlər ki, onlarda bununla rastlaşacaqlar. Bu gün həmdə islami dövlət və vilayətlə beyətin təzələnməsi günü idi. Vilayətçi xalq meydana gələrək Kufə əhli olmadıqlarını sübut etdilər. Bu gün həmdə Allahın düşmənlərilə düşmən olduğumuzu göstərdiyimiz gündür. Bu gün eyni zamanda ölkəmizin işlərinə müdaxilə etmək istəyən qüvvələrədə cavab verildi. Xalqımızın Amerika canilərinı, Sionist rejiminə və xarici qüvvələrə sözü bu oldu ki, bu işlə bizim sizə olan qəzəbimiz və nifrətimiz dahada çoxaldı.”

İmam cümə həm də beynəlxalq məsələlərədə toxunaraq bildirib: “Cenevrədə Suriya böhranı ilə bağlı müzakirələrə ölkəmiz dəvət edilmədi. Allaha şükr olsun ki, ölkəmizin buna ehtiyacı yoxdur. Lakin bunu bilməlidirlərki, İran olmadan bu böhranın həlli mümkünsüzdür. Siz istəsənizdə istəməsənizdə İran bu gün sözünü deyən gücdür. İranın istədiyi və təqdim etdiyi yollar məntiq yollarıdır və düşmən bunu istəmir.”

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi daah sonra təkfirçilər və onların havadarlarından danışıb: “Cinayətkar təkfirçilər Suriyada hər gün adam öldürürlər. Bir təkfirçi 350 nəfəri öldürüb. Livanda və İraqda terror təşkil edir. Biz İraq dövlətini bu terorçularlar mübarizə aparmaq üçün dəstəkləyirik və onları aradan aparmaqla ölkə daxili sabitliyi yaratmağı tövsiyyə edirik. Bütün bu məsələlərin ip ucu ABŞ-a qayıdır. Bu ölkə islam dünyasını daim iğtişaşda görmək istəyir. Onların icraçısı isə özlərinində bildirdiyi kimi Səud rejimidir. ABŞ və müttəfiqləri öz şeytani hədəflərinə çatmaq üçün islam dünyasını qurban verməyə hazırdırlar, lakin bu olmayacaq. Sünni alimlərdə öz növbələrində bu cinayətlərin islamdan kənar olduğunu bildirsinlər. Çünkü onlar bu işlə islamın abrını qoruyacaqdırlar.”
  • Yazılıb
  • da (də) 2014 Jan 04