Tarix : 2014 Jan 05
Kod 41557

“Əli Kərimlinin mənə qarşı kampaniya aparan adamları...”

Arif Hacılıdan AXCP liderinə sərt ismarış
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da status paylaşıb. Musavat.com AXCP sədrinə və onun ətrafına ünvanlanan həmin statusu təqdim edir:
****

“Əli Kərimlinin mənə qarşı kampaniya aparan adamlarının indiki nəslinin nümayəndələrindən biri yazıb ki, guya mən İlham Əliyevdən nəsə istəmişəm. Ona cavabım budur:

Mənim İlham Əliyevə müraciətimin tam mətni mətbuatda dərc olunub. Həmin müraciət həyatımın şərəfli səhifələrindən biridir. Müraciətdə nə prezident sözü, nə də əfv sözü yoxdur. “12 Mart və 2 Aprel hadisələri cinayət sayılırsa, bu aksiyaların təşkilatçısı mən olmuşam . Məni həbsdə saxlayın, digərlərini isə Azərbaycanın maraqları naminə azad edin”, demişəm. Nəinki özüm, heç digərləri üçün də əfv istəməmişəm. “Azərbaycanın maraqlarını nəzərə alın”, demişəm!

Cəmil Ünalın, İsa Qəmbərin, Azərbaycanın digər həyatda olan əfsanəvi şəxsiyyətlərinin ləyaqət nümunəsi adlandırdığı müraciətimi əfv diləmək kimi təhrif etməyi mümkün sayan bir mənəviyyatın sahibisiniz!”
  • Yazılıb
  • da (də) 2014 Jan 05