Tarix : 2014 Jan 05
Kod 41559

Suriyadakı döyüşlərdə daha iki Azərbaycan vətəndaşı öldürülüb

bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb
Arannews - Həlak olanlar “Əl-Qaidə”yə bağlı olan “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı azərbaycanlılardır. Mücahidlərə məxsus saytlar ölən azərbaycanlıların fotolarını da yayıb.

Qeyd edək ki, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə yüzlərlə azərbaycanlının iştirak etdiyi bildirilir. Onlarla azərbaycanlı bu döyüşlərdə həlak olub.
  • Yazılıb
  • da (də) 2014 Jan 05