Tarix : 2014 Jan 05
Kod 41566

İrna xəbər agentliyi: Təbriz Qarabağ konfransı 2013-cü ildə Azərbaycan Respublikasında baş verən ənmühüm hadisələr sırasında

Bu konfrans Azərbaycan dövlətinin azərbaycanlı nümayəndələrinin konfransda iştirakına müxalif olması səbəbindən təxirə düşdü.
Aran xəbər agentliyi: Qarabağ münaqişəsini həll etmək üçün Minsk qrupunun səyləri 20 ildi nəticəsiz qalır. Bu məsələ Azərbaycan rəsmilərinin, milli məclis üzvlərinin və xalqa aid birliklərin Minsk qrupunun fəaliyyətlərinin təsirsiz olması barəsində bəyanatlar verməsinə səbəb oldu.
Azərilər nəticəsiz danışıqlardan yorulublar. Onlar bu illər ərzində Minsk qrupunu tənqid etməklə yanaşı uyğun münaqişəyə əhəmiyyət verməmək və ya Ermənistanı müdafiə etdikləri üçün Rusiya və Amerikanı da tənqid ediblər.
Azərilərin münaqişənin həlli üçün başqa yollar axtarmaları İran İslam Respublikası və bəzi məntəqə ölkələrinin münaqişənin həlli mövzusuna qatışmasına səbəb oldu.
İran bir neçə dəfə Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olmaq istəyini bildirdi. Azərbaycan və Ermənistan Respublikalarının razılığı olarsa, məntəqə və dünyadakı mövqeyindən istifadə edərək münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu bildirdi. İranın bu təklifi Azərbaycan rəsmiləri və ictimai birlikləri tərəfindən müsbət dəyərləndirildi.
Azərbaycan ictimai birliklərinin bəzi nümayəndələrinin Təbrizdə alimlər, tələbələr, media adamları ilə görüşmələri və Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığı barəsində olan söhbətlər "Qarabağ" adlı beynəlmiləl elmi konfransınproqramlaşdırılmasına zəmin oldu.
Qarabağ Azadlıq Təşkilatının və bir çox elmi-mədəni müəssisələrin iştirakı ilə proqramlaşdırılmış Qarabağ konfransı 2013-cü il noyabr ayının altısı Təbriz üniversitetinin vəhdət salonunda keçiriləcəkdi. Lakin Azərbaycan dövlətinin azəri nümayəndələrin konfransda iştirakı ilə müxalifəti konfrasın təxirə düşməsinə səbəb oldu.
Digər bir tərəfdən Azərbaycanı Qafqaz məntəqəsində öz müttəfiqi kimi göstərməyə çalışan Amerika ötən ilin sonlarında Türkiyə xarici işlər nazirinin köməyi ilə Azərbaycan və Ermənistan prezidentinin iki ildən sonra Vində görüşünü təşkil etdi.Minsk qrupunun üzvlərinin də iştirak etdiyi bu görüşdə belə razılıq əldə olundu ki, müzakirələr əvvəlki kimi davam etdirilsin və yenə də Minsk qrupunun həmkarlığı ilə münaqişəninsülh yolu ilə həllinə çalışılsın.
Türkiyə xarici işlər nazirinin ilin sonunda Ermənistana səfəri Azərbaycan Respublikası rəsmilərinin və siyasi birliklərinin diqqətini cəlb edən digər mühüm hadisə oldu. Bəzi siyasətçilər bu səfəri Türkiyənin Ermənistanla rabitələrində öz mövqeyini dəyişməsi və Azərbaycana hörmətsizlik kimi açıqlasalar da Azərbaycan rəsmiləri bu iddiaları inkar edərək uyğun səfərin adi hal olduğunu bildirdilər.
  • Yazılıb
  • da (də) 2014 Jan 05