Tarix : 2014 Jan 07
Kod 41581

Azərbaycan-İran sərhədindəki problem aradan qaldırılıb

Bu gün səhər saatlarından başlayaraq Biləsuvar sərhəd keçid məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində yaranmış problemlər artıq aradan qaldırılıb
Bu gün səhər saatlarından başlayaraq Biləsuvar sərhəd keçid məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində yaranmış problemlər artıq aradan qaldırılıb. Artıq İran tərəfindəki insanlar Azərbaycan tərəfinə az-az keçməyə başlayıblar. Qısa müddət ərzində problemin tamamilə həll olunacağı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Biləsuvar Keçid Məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində problemlər yaranıb. 2 saata yaxın vaxt ərzində İrandan Azərbaycana keçmək istəyən min nəfərə yaxın insan keçid məntəqəsində növbə gözləyib.

İran tərəfi yaranmış problemi kompüter sistemindəki nasazlıqla əlaqələndiriblər.

İran tərəfində yaranan problem Azərbaycan tərəfinə heç bir təsir göstərməyib. Azərbaycan tərəfindən İrana keçmək üçün heç bir problem yoxdur
  • Yazılıb
  • da (də) 2014 Jan 07